"Qara dənizdə sabitlik vacibdir" - Akar

17-02-2022, 00:02           
"Qara dənizdə sabitlik vacibdir" - Akar
Türkiyə milli müdafiə naziri Hulusi Akar Brüsselə səfəri çərçivəsində Rumıniyalı həmkarı Vasile Dincu ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Nazir görüş zamanı Qara dənizin sülh dənizi kimi qalmasının vacibliyini vurğulayaraq, Montrö konvensiyasının qorunmasının da böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

O, həmçinin, əlavə edib ki, Türkiyə və Rumıniya birgə hərbi təlimlər keçirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.