Pakistan ordusuna qarşı terror hücumları artıb – Hücumları Hindistan təşkil edir?

17-02-2022, 09:10           
Pakistan ordusuna qarşı terror hücumları artıb –
Son zamanlar ard-arda baş verən hücumlar Pakistanda təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, son iki həftə ərzində Pakistan ordusu üç müxtəlif böyük terror hücumunda bir neçə əsgərini itirib.

Yanvarın 25-də terrorçular ölkənin İranla qərb sərhədi yaxınlığında, əyalətin paytaxtı Kvettadan təxminən 600 km cənubda yerləşən Bəlucistanın Keç şəhərinə hücum ediblər. Terror aktı nəticəsində 10-dan çox pakistanlı hərbçi həlak olub. Cəmi bir həftədən sonra, fevralın 2-də həmin vilayətin Nuşki və Pəncgur rayonlarında növbəti terror aktı baş verib. Nuşki hücumu saatlar ərzində dəf edilsə də, Pəncgurda qarşıdurma 60 saatdan çox davam edib və bir zabit də daxil olmaqla 7 hərbçinin ölümü ilə nəticələnib.

Pakistan ordusunun mətbuat xidmətinin verdiyi açıqlamasına görə, bu hücumlar nəticəsində 20-dən çox terrorçu öldürülüb. Bəlucustanda separatçı qrup olan Bəlucistan Azadlıq Ordusu, Nuşki və Pəncgurda “100-dən çox düşmən əsgəri” öldürdüyünü iddia edərək, hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Bundan sonra Baş nazir İmran Xan və Pakistan Ordusunun Baş Qərargah rəisi(COAS) general Qamar Caved Bajva orduda əhval-ruhiyyəni yüksəltmək və şəhidlərin xatirəsini yad etmək üçün Nuşkiyə baş çəkib.

Son hücumlar keçən il “Taliban”ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra Pakistanın şahidi olduğu terror fəaliyyətinin artdığını vurğulayır. İslamabadda fəaliyyət göstərən Pakistan Sülh Araşdırmaları İnstitutu bu yaxınlarda Pakistanın son bir neçə ildə yavaş-yavaş xaosa və qeyri-sabitliyə doğru yönləndiyi qorxusunu təsdiqləyən hesabat dərc edib. Bu terror aktları əsasən, Təhrik-i-Taliban Pakistan (TTP) və Bəlucistan Azadlıq Ordusu (Balochistan Liberation Army - BLA) kimi qadağan olunmuş təşkilatlar tərəfindən həyata keçirilib.

Təkcə yanvar ayında terrorçuların İslamabad və Lahor da daxil olmaqla böyük şəhərləri hədəf alması nəticəsində Pakistanda bir neçə terror hadisəsi baş verib.

Pakistan Ordusu və hökuməti hesab edir ki, bu cür hücumlar Çinin Pakistandakı sərmayələrini sabotaj etməyə çalışan Hindistanın marağındadır. Hindistan terror təşkilatlarının əli ilə Əfqanıstan ərazisindən istifadə etməklə həyata keçirilir. Daxili işlər naziri Pakistanın bütün əyalətlərinin səlahiyyətlilərini istənilən terror cəhdinin qarşısını almaq üçün növbəti iki ay ərzində ayıq-sayıq olmağa çağırıb.

Senatın iclası zamanı Əhmədə müxalifətdən olan millət vəkilləri tərəfindən TTP ilə danışıqların vəziyyəti və gələcəyi ilə bağlı sual verilib. O, cavab olaraq bildirib ki, konstitusiyaya zidd tələblərinə görə, TTP ilə dialoq baş tutmayıb.

Bir müddət əvvəl Pakistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri (NSA) Moid Yusuf Pakistanın Əfqanıstandakı TTP və digər üsyançı qrupların hücrələri ilə bağlı narahatlığını çatdırmaq üçün Kabilə səfər gedib. O, Əfqanıstandan Pakistana hücumların planlaşdırılması və ya həyata keçirilməsi üçün istifadə olunmayacağına əmin edilib. Bununla belə, Yusufun Kabilə səfərindən cəmi bir neçə gün sonra Pakistan ordusunun ən azı iki əsgəri Əfqanıstan sərhədindən açılan atəş nəticəsində həlak olub.

Oxşar narahatlıqları bölüşən hesabat BMT-nin Analitik Dəstək və Sanksiyaların Monitorinq Qrupu tərəfindən də hazırlanıb. Hesabatda deyilir ki, “Taliban” rejiminin verdiyi təminatlara baxmayaraq, TTP-nin 3000-5000 döyüşçüsü hələ də Əfqanıstanda fəaliyyət göstərir. Hesabatda həmçinin bildirilir ki, qrup Pakistanda Çin maraqlarına qarşı hücumlar planlaşdırmaq üçün “Əl-Qaidə” və “Camaat Ənsarullah” ilə sıx əməkdaşlıq edir.

L.SƏMLA

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.