Türkmənistan varis tapdı: Rəqibi ona səs verəcəyini deyir - Komediya

17-02-2022, 09:47           
Türkmənistan varis tapdı: Rəqibi ona səs verəcəyini deyir - Komediya
Türkmənistanda hakimiyyətin atadan oğula ötürülməsi prosesi son mərhələyə qədəm qoydu, Sərdar Berdiməhəmmədov ölkə prezidenti olacaq.

Yenipress.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bu gün ona "rəqib" təyin edilib:

"Seçki”də rəqib də olmalıdır axı! Çox axtarandan sonra Marıy rayonunun icra başçısının müavini Ağacan Bekmuradovu tapıb namizəd etdilər. Sən demə, "rəqib" seçərkən əsas kriterya var imiş: boyu Sərdardan balaca olmalı imiş. Türkmənistan MSK-sı Ağacan bəyin namizədliyini qeydə alıb və ona sual veriblər ki, seçkilərdən nə gözləyirsın? O da deyib ki, özüm, ailəm, qohumlarım, bütün xalq Sərdar Berdiməhəmmədova səs verəcəyik, ona eşq olsun, o ölkənin yeni günəşi olacaq!”

Qeyd edək ki, Türkmənistanda prezident seçkisi 12 martda keçiriləcək. Hakim Demokrat Partiyasının növbədənkənar prezident seçkilərində namizədi Prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru