Tokayev: “Qazaxıstanın ömürlük hakimiyyət haqqında qanunlara ehtiyacı yoxdur”

18-02-2022, 09:34           
Tokayev: “Qazaxıstanın ömürlük hakimiyyət haqqında qanunlara ehtiyacı yoxdur”
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, respublikanın hökumətə ömürlük rəhbərlik haqqında qanunlara ehtiyacı yoxdur.

“Bu, göz qabağındadır. Əvvəllər belə qanunlar qəbul edilirdi. İndi isə onlara ehtiyac yoxdur. Bu barədə açıq danışmaq lazımdır. Hesab edirəm ki, gələcəkdə belə qanunlar qəbul edilməməlidir”, - deyə Tokayev “Qazaxstan” telekalına müsahibəsində bildirib.

O, həmçinin qeyd edib ki, növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru