Türkiyənin ədliyyə sistemində dəyişikliklər edilir

18-02-2022, 10:09           
Türkiyənin ədliyyə sistemində dəyişikliklər edilir
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın göstərişlərinə əsasən ölkə qanunvericiliynə dəyişikliklərin edilməsi ilə bağlı araşdırma başladılıb.

AZƏRTAC xəbər verir ki, tənzimləmələr xüsusilə qadın cinayətləri və ailə içi şiddət hallarının aradan qaldırılmasını nəzərdə tutur. Bununla bağlı ölkənin Ədalət Nazirliyi qanunvericilikdə yer alan, lakin cəmiyyət tərəfindən qəbul edilməyən bəzi tətbiqlərin aradan qaldırılması, eləcə də yaxşı davranışlar səbəbindən cəzaların azaldılması istiqamətində yeni tənzimləmənin həyata keçirilməsi üçün hərəkətə keçib.

Türkiyədə artan qadın cinayətləri ilə bağlı açıqlama verən nazir Bozdağ “Qanun tələb edirsə, qanuna dəyişiklik etməklə, lazım gələrsə, təlimlər keçirməklə bu problemin qarşısını alacağıq. Məhkəmənin üzərinə nə düşsə, onu da təmin edəcəyik”, - deyə bildirib.

Yeni qanun layihəsinə əsasən qadına qarşı şiddətlə bağlı həbs edilənlərin yaxşı davranışlar səbəbindən cəzalarının azaldılması tətbiqinin aradan qaldırılması nəzərdə tutulur.

Qanuna dilən dəyişikliklərin mart ayında Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə verilməsi gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.