Türkiyənin NATO-ya üzv olmasının 70-ci ili tamam olur

18-02-2022, 11:21           
Türkiyənin NATO-ya üzv olmasının 70-ci ili tamam olur
Bu gün Türkiyənin NATO-ya üzvlüyünün 70-ci öldünümü qeyd olunur.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu gün ölkəmizin NATO-ya üzvlüyünün 70-ci ildönümünü qeyd edirik. Türkiyə soyuq müharibə dövründə olduğu kimi, ondan sonra da ittifqın məsuliyyətli və öncül üzvlərindən biri olub. NATO-nun sərhədlərinin qorunması ilə missiyalarının yerinə yetirilməsinə əhəmiyyətli töhfələr verib. Türkiyə NATO-nun fəaliyyətini istiqamətləndirən əsas müttəfiqlərdən biri olub. Türkiyə sadəcə region üçün deyil, bütün Avro- Atlantik məkan üçün təhdid yaradan terrorçuluğa qarşı mübarizədə öhdəsinə düşəni artıqlaması ilə yerinə yetirir. Təhlükəsizliyin və sabitliyin qorunması istiqamətində səylərimizi davam etdiririk. Müttəfiqlərimizdən də gözləntilərimiz NATO-nun əsas qayəsi olan həmrəylik ruhunu davam etdirməkdir”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Şimali Antantika Müqaviləsi Təşkilatı (NATO) 1949-cu ildə yaradılıb. Hazırda qurumun 30 üzvü var. Mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşən təşkilatın Baş katibi norveçli Yens Stoltenberqdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru