Ərdoğanla Stoltenberq arasında telefon danışığı olub

18-02-2022, 20:43           
Ərdoğanla Stoltenberq arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. "Report" xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Tərəflər NATO-Türkiyə münasibətləri və regional məsələləri müzakirə ediblər.

Ərdoğan Stoltenberqə Türkiyənin alyans daxilində müxtəlif platformalarda əvəzsiz mövqeyini daim vurğuladığı üçün təşəkkür edib.

Türkiyənin ilk gündən prinsipial və məsuliyyətli mövqe tutduğunu Ərdoğan Rusiya və Ukrayna kontekstində davam edən böhranın aradan qaldırılması istiqamərtində ölkəsinin diplomatik səylər göstərdiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru