Türkiyə nəyi bacarır? Bilmirsiniz... - Mete

19-02-2022, 10:45           
Türkiyə nəyi bacarır? Bilmirsiniz... - Mete
Türkiyənin nəyi bacarıb-bacarmadığını bilmirsiniz. Kimsə sizi aldada bilər, amma bu gün hər şeyi görmək imkanınız var. Bunları gördüyünüz halda hələ də əksini deyirsinizsə, inandırıcı bəhanə deyil.

Axar.az xəbər verir ki, bunu türkiyəli ekspert Mete Yarar ölkə daxilində inkişafa əngəl olmağa çalışan qruplar barədə danışarkən deyib.

“Yüzilliyə gedərkən uçmağımızı gözləyirsiniz. Biz uçuruq, amma hər dəfə qanadlarımızı qoparan bir qrup var. Bu qrup xaricdə deyil, bu ölkədədir. İmperializm adlı anlayış xaricdən gəlib sizinlə vuruşmur. 2100-cü ilə doğru gedirik, amma ölkədə yerli və milli olmaq üçün mübarizə aparanlarla onlara qarşı olanların mübarizəsi əvvəlki kimidir. Biz vətənpərvərlər sayca çoxuq, amma unutmayaq ki, camaat döyüşmədikcə, danışmadıqca, sadəcə, say olaraq qalırıq. Dayanmağımız yaxşı deyil. Bu, doğru ilə yanlışın mübarizəsidir. Susma, sussan, itirəcəksən”, - türkiyəli ekspert qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.