Hulisi Akar Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı açıqlama verib

20-02-2022, 14:32           
Hulisi Akar Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı açıqlama verib
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ukrayna ilə Rusiya arasındakı gərginliyi yaxından izlədiklərini bildirib.

Sozcu.az “Milliyet”ə istinadən bildirir ki, Hulusi Akar Münhen Təhlükəsizlik Konfransından sonra jurnalistlərə açıqlamalar verib.

Nazir Ukrayna ilə Rusiya arasındakı gərginliyi yaxından izlədiklərini ifadə edərək deyib:

“Orada hərbi fəaliyyət var. Bu hərbi hərəkətliliyin müəyyən təsirləri var. Bununla bağlı mətbuatda bəzi xəbərlər mövcuddur. Bunlara çox ehtiyatla yanaşmaq lazımdır. Çünki bəzi dezinformasiyalardan, saxta xəbərlərdən bəhs edilir. Ona görə də arzuolunmaz halların yaranmasının qarşısını almaq lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru