Türkiyədə zəlzələ olub 22-02-2022, 09:24 Türkiyədə 3,5 bal gücündə zəlzələ olub.“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:31-də qeydə alınıb. Zəlzələ ocağı yerin 12,07 km dərinliyində yerləşib.Zərərçəkənlər və ya dağıntılar barədə məlumat verilmir. Facebook-da paylaş