Təhlükəli ekoloji fəlakət bu dəfə İstanbul sahillərində qeydə alınıb - VİDEO

23-02-2022, 09:58           
Təhlükəli ekoloji fəlakət bu dəfə İstanbul sahillərində qeydə alınıb - VİDEO
Türkiyənin İstanbul şəhərinin sahillərində dənizinin bəzi yerləri selikli təbəqə ilə örtülüb.

Qeyd olunur ki, ötən il Mərmərə dənizinin bəzi hissələrini örtən selikli təbəqə indi də İstanbulda qeydə alınıb.

Səmadan çəkilən görüntülərdə selikli təbəqənin dəniz səthini necə əhatə etdiyi aydın görünür.

Qeyd edək ki, əsasən köpük halında özünü büruzə verən qatı selik təbəqəsi dənizin üst hissəsinə toplanır. Bu da dəniz canlılarının tələf olması ilə nəticələnir.

Bundan əlavə, selik təbəqəsi ətrafda pis qoxu ilə də müşahidə edilir.


Mənbə: “İhlas Haber Ajansı” (İHA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru