Egey dənizində Türkiyə və Yunanıstan arasında gərginlik - 1 nəfər yaralanıb

23-02-2022, 11:36           
Egey dənizində Türkiyə və Yunanıstan arasında gərginlik - 1 nəfər yaralanıb
Yunanıstan qüvvələri Egey dənizində Türkiyənin iki balıqçı qayığına hücum edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gün axşam saatlarında Saqqız adası və İzmirin Qaraburun rayonu arasında baş verib.

Məlumata görə, Yunanıstan qüvvələrinin türkiyəlilərə açdığı atəş nəticəsində 1 nəfər yaralanıb.

“Yunanıstan qüvvələrinin müdafiəsiz balıqçılara atəş açması qəbuledilməzdir, insanlıq cinayətidir”, - Sahil Mühafizəsi Komandanlığının məlumatında qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru