Rus ordusu ciddi itkilər verir – Ankaradakı səfir

24-02-2022, 13:39           
Rus ordusu ciddi itkilər verir – Ankaradakı səfir
Ukrayna Silahlı Qüvvələrindən aldığımız məlumata görə, Rusiyaya məxsus 5 təyyarə və 2 helikopter vurulub. Hazırda hücuma keçən Rusiya ordusu ciddi itkilər verir.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Türkiyə XİN-də keçirilən görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib. Bodnar vəziyyətin nəzarət altında olduğunu qeyd edib:

“Təəssüf ki, mülki əhali arasında itkilər barədə informasiyalar da gəlməyə başlayıb. İnternetdə həqiqəti əks etdirməyən çoxlu xəbərlə rastlaşa bilərsiniz. Məlumatlara dərhal inanmayın. Hazırda vəziyyət nəzarətdədir. Dövlətimizin müdafiə və təhlükəsizlik sistemi işləyir. Biz beynəlxalq ictimaiyyətin köməyi ilə qalib gələcəyimizə inanırıq. Biz Türkiyəyə boğazların və hava məkanının Rusiyaya bağlanması tələbini çatdırdıq. Ukraynaya kömək edin, Rusiyaya qarşı sanksiyalar tələb edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru