“Bayraktar” Krımdan hücuma keçən Rusiyanın hərbi karvanını məhv edib - VİDEO

25-02-2022, 18:51           
“Bayraktar” Krımdan hücuma keçən Rusiyanın hərbi karvanını məhv edib - VİDEO
“Bayraktar” TB2 müvəqqəti işğal altında olan Krım yarımadasından Ukraynanın digər ərazisinə keçmək istəyən Rusiyanın hərbi karvanını vuraraq sıradan çıxarıb. Teref.az “Report”a istinadla xəbər verir ki, bu barədə Türkiyənin hərbi “Clash Report” nəşri məlumat yayaraq görüntüləri təqdim edib.

Qeyd edək ki, “Clash Report” nəşri Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Bayraktar” TB2 vasitəsilə apardığı hava əməliyyatlarının eksklüziv görüntülərini yaymaqla məşhurlaşıb.

Xatırladaq ki, daha öncə Ukrayna Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-35 qırıcısını məhv etməsinin videosu yayılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru