Rusiyadan Türkiyəyə təhdid: İlk mesaj verildi - Türkiyə peyin yandıracaq... Rusiya PEYİN YEYƏCƏKMİ?

25-02-2022, 19:01           
Rusiyadan Türkiyəyə təhdid: İlk mesaj verildi - Türkiyə peyin yandıracaq... Rusiya PEYİN YEYƏCƏKMİ?
Rusiya-Ukrayna müharibəsi Avropada təbii qazın qiymətini kəskin artırıb.

Artıq mövzu ilə bağlı Rusiyadan açıqlamalar gəlir.

Cebhe.info xəbər verir ki, Rusiya Energetika Nazirliyi müharibənin Türkiyəyə qaz tədarükünə təsir etməyəcəyini bildirsə də, sətiraltı təhdid də edib. Bildirilib ki, qiymətlərdə artım ola bilər.

Xatırladaq ki, Avropada təbii qazın kubmetrinin qiyməti 35 faiz artaraq 1400 dolları keçib. Təbii qazın kubmetrinin qiymətinin daha da artacağı təxmin edilir. Bu artım Türkiyəyə də təsir edə bilər.

Nazirlik qeyd edib ki, müharibə qazın əhatə dairəsinə təsir etməyəcək, lakin qiymətlərə təsir edə bilər:

“Ukraynadakı vəziyyətə görə Türkiyəyə qazın nəqlində problem yoxdur, lakin qiymətlərdə artım ola bilər”.

Almaniya Rusiyanın Ukraynadakı separatçı bölgələri tanımasından sonra “Şimal axını-2” layihəsini dayandırıb. “Şimal axını-2” layihəsi ilə Baltik dənizi vasitəsilə ildə 55 milyard kubmetr əlavə Rusiya qazının Almaniyaya çatdırılması planlaşdırılırdı. Layihənin ümumi dəyərinin 10 milyard avro civarında olacaq.

Ancaq Almaniya və Qərbin sanksiyalarından sonra Rusiya qaz kartını işə salıb. Artıq Rusiya qazı Avropaya baha satacağı ilə hədələyib. “Şimal axını-2”nin sertifikatlaşdırma prosesinin dayandırılmasına görə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “Avropalıların təbii qaza görə 2000 avro ödəyəcəyi yeni dünyaya xoş gəlmisiniz”, - deyib.

Görünən odur ki, Türkiyənin Rusiyanın müharibə qərarını kəskin pisləməsindən sonra rəsmi Moskva Ankaraya qarşı da qaz kartını işə salır.

DİA.AZ-dan: Bir dəfə Rusiya Türkiyəyə qaz təzyiqi etdi. Cavabını da aldı. Özü də sadə Türkiyə vətəndaşlarından. Türkiyəlilər dedi ki, dövlətimiz sağ olsun, biz qaz olmaz, peyin yandırarıq, Rusiya Türkiyədən gedən ərzağın əvəzinə PEYİN YEYƏCƏKMİ?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.