Bu türk dövləti Rusiyaya DƏSTƏK VERDİ: Putinlə birlikdə..

26-02-2022, 20:04           
Bu türk dövləti Rusiyaya DƏSTƏK VERDİ: Putinlə birlikdə..
Qırğızıstan Prezidenti Sadir Caparovla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Manşet.az xəbər verir ki, Qırğızıstan Rəyasət Heyətinin Mətbuat Mərkəzindən verilən açıqlamada Caparov və Putinin ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə etdiyi bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, iki lider beynəlxalq və regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Kremlin Mətbuat Xidmətindən verilən açıqlamada isə Putin və Caparov arasında baş tutan telefon danışığında Caparovun Rusiyanın Ukrayna əməliyyatlarını dəstəklədiyi ifadə olunub. Məlumatda Ukraynadakı hərbi əməliyyatı ilə bağlı vəziyyətin inkişafı müzakirə edildiyi qeyd olunub.

Minsk razılaşmalarının baş tutmamasında Kiyevin məsuliyyət daşıdığını qeyd edən Sadir Çaparov Rusiya tərəfinin Donbassın mülki əhalisini qorumaq üçün qətiyyətli addımını dəstəklədiyini deyib. Rusiya prezidenti Vladimir Putin prinsipial mövqeyinə görə Caparova təşəkkür edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.