Türkiyənin vitse-prezidenti: “Montrö rejiminin necə həyata keçiriləcəyi bəllidir” - FOTO

28-02-2022, 08:19           
Türkiyənin vitse-prezidenti:
Türkiyənin vitse-prezidenti: “Montrö rejiminin necə həyata keçiriləcəyi bəllidir” - FOTO
“Müstəqil və suveren ölkə olan Ukraynanın torpaqlarının işğalına yönəlmiş hərəkətlər beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu heç bir zaman qəbul edilə bilməz”.

Bu barədə Türkiyənin Vitse-Prezidenti Fuat Oktay “Twitter” hesabında yazıb.

O qeyd edib ki, Türkiyə bu müharibəni tezliklə bitirmək cəhdlərini müxtəlif istiqamətlərdə davam etdirir.

“İki tərəf arasında danışıqlar son dərəcə vacibdir. Türkiyə olaraq hər cür konstruktiv töhfəni veririk. Bölgədə davam edən müharibə vəziyyətini nəzərə aldıqda, Boğazlar (Montrö) rejiminin necə həyata keçiriləcəyi dəqiqliklə bəllidir”, - deyə F.Oktay bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru