Ərdoğan Lukaşenko ilə Ukraynadakı münaqişəni müzakirə edib

1-03-2022, 08:52           
Ərdoğan Lukaşenko ilə Ukraynadakı münaqişəni müzakirə edib
Belarus prezidenti Aleksandr Lukaşenko və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Dövlət başçıları Ukraynadakı münaqişəni, eləcə də Rusiya-Ukrayna danışıqlarını müzakirə ediblər.

Türkiyə prezidenti Belarus liderinə Ankaranın Ukraynadakı münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib.

Mənbə: “RİA Novosti”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.