PKK lideri kürdləri hədələdi

18-04-2016, 15:11           
PKK lideri kürdləri hədələdi
PKK liderlərindən Mustafa Qarasu Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda yaşayan kürdləri təhdid edib.

Axar.az xəbər verir ki, Mustafa Qarasu PKK-nın sözügedən rayonda yenidənqurma işlərində çalışacaq kürdləri hədəf alacağını bildirib.

“Surda işləyəcək memarlar və işçilər bizim hədəfimizdə olacaq. Orada işləyən kürd vətəndaşlar özlərini mülki vətəndaş hesab etməsinlər. Siz orada işləyə bilməzsiniz”, - Qarasu bu sözlərlə kürdləri hədələyib.

Qeyd edək ki, Sur rayonu anti-terror əməliyyatları çərçivəsində PKK-dan təmizlənib. Nəticədə rayonda bəzi binalar dağılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru