Türkiyə Suriyaya cavab zərbələri endirdi

19-04-2016, 00:40           

Türkiyə Silahlı Qüvvələri Suriya torpaqlarına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Kilis valisi Süleyman Tapsız məlumat verib.

Tapsız açıqlamasında TSQ-nın Suriyadan atılan mərmilərin yerlərini təsbit etdiyini və cavab zərbələrinin endirildiyini vurğulayıb.

Kilis valisi Süleyman Tapsız Suriya tərəfindən atılan raketlər nəticəsində yaralanan vətəndaşları xəstəxanada ziyarət edib.

Qeyd edək ki, bu gün Suriyadan atılan mərmilərin Türkiyəyə düşməsi nəticəsində 4 nəfər həyatını itirib, 6-sı isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru