Ərdoğanın Bakı səfərinin dəqiq tariximəlum oldu

20-04-2016, 00:50           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana aprelin 26-də səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib. Bundan əvvəl Ərdoğanın Bakıya aprelin 25-27-si tarixlərində – BMT forumunun keçiriləcəyi müddət ərzində səfər edəcəyi bildirilmişdi.

"Prezident Ərdoğan Bakıya aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak üçün səfər edəcək", — deyə agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl Türkiyə prezidentinin Azərbaycana səfəri 17 fevral və 13 mart tarixlərində Ankarada törədilən terror aktları səbəbindən iki dəfə təxirə salınıb.

Report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru