Ərdoğandan PKK-ya sərt cavab

25-04-2016, 09:44           

Biri vətəndaş müharibəsindən danışır, amma özü terror təşkilatı PKK-nın yanındadır. Tez-tez Dolmabaxça razılığından bəhs edir. Belə bir razılıq, filan yoxdur.

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada xalq qarşısında çıxış edərkən deyib.

Ərdoğan PKK-nın siyasi qolu HDP həmsədri Səlahəddin Dəmirdaşa xitabən terror təşkilatı PKK ilə heç bir anlaşmadan söhbət gedə bilməyəcəyini bildirib.

"Tez-tez Dolmabaxça razılğından bəhs edir. Nə Dolmabaxça razılığı? Haradan çıxmış belə bir şey? Belə bir razılıq-filan müzakirə mövzusu deyil. Bu hakimiyyətin terror təşkilatı ilə heç anlaşması yoxdur, olmamışdır", - Ərdoğan deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru