Atdıqları addımı geri çəkdilər – “Türkiyəyə silah sata bilərik”

31-05-2022, 00:01           
Atdıqları addımı geri çəkdilər –
Finlandiya ilə birlikdə NATO-ya üzvlük üçün rəsmi müraciət edən İsveç Türkiyənin etirazı səbəbindən çətin duruma düşüb. Terror təşkilatlarına verdiyi dəstəyə görə Türkiyənin qəzəbinə tuş gələn İsveç rəhbərliyi münasibətləri yaxşılaşdırmaq üçün geri addım ataraq, 2019-cu ildən bəri tətbiq etdiyi silah embarqosu ilə bağlı isti mesajlar verməyə başlayıb.

Teref.az-ın yazdığına görə, Qafqaz.media xəbər verir ki, İsveç Dövlət Silah İxracına Nəzarət Agentliyinin (ISP) rəhbəri Karl Evertsson ölkəsinin NATO-ya üzvlük müraciəti ilə əlaqədar Türkiyə ilə aparılan danışıqlarla bağlı açıqlama verib.

Evertsson İsveç Müdafiə Komissiyasının tələb etdiyi şərtlərlə silah ixrac etdiklərini deyib:

“Türkiyənin hazırda silahlarımıza ehtiyacı yoxdur. Bizdən silah almırlar. Müdafiə Komissiyasından gələn müraciətləri hər bir halda qiymətləndiririk. Bugünkü şərtlərlə Türkiyəyə silah sata bilərik”.

Evertsson İsveç istehsalı “AT-4” tank əleyhinə silahların PKK terror təşkilatının əlinə necə keçməsi ilə bağlı suala belə cavab verib:

“Bu silahları təşkilatlara ixrac etmirik. Bu, sözügedən silahların ABŞ-ın lisenziyası ilə istehsal olunması və bunların üçüncü ölkələrə göndərilməsinə icazə verilməməsi şərtlərini diqqətdən kənarda saxlanılmasından qaynaqlana bilər”.

Agentlik 2019-cu il oktyabrından Türkiyəyə silah satışını qadağan edib. Bu tarixdən sonra İsveçdə yerləşən 3 özəl silah istehsalçısı şirkətin Türkiyəyə silah satması tələbi qəbul olunmayıb. /teleqraf.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru