Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

25-04-2016, 22:46           
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub
Prezident İlham Əliyevin və Azərbaycana işgüzar səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb. Əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulandı və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru