Lirə rekord həddə ucuzlaşdı - Yeni MƏZƏNNƏ

2-06-2022, 18:53           
Lirə rekord həddə ucuzlaşdı -
Bu gün Türkiyənin milli valyutası - lirənin məzənnəsi dollar qarşısında növbəti dəfə ən aşağı səviyyəyə düşüb.

Cebhe.info xəbər verir ki, hazırda 1 ABŞ dolları 16,46 lirəyə realizə olunur. Bu da ötən ilin 18 dekabrından bəri qeydə alınan rekord göstəricidir.

Dünən ən aşağı 16,37 lirə, ən yüksək isə 16,45 lirə səviyyələrini görən dollar məzənnəsi günü 16,40 ilə bağlayıb.

Günə 17,49 ilə başlayan avronun məzənnəsi isə 1,16 % artımla 17,6996 lirədən ticarət olunur.

Ötən gün ən aşağı 17,46 lirə, ən yüksək isə 17,70 lirə səviyyəsinə enən avro günü 17,50 lirə ilə bağlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.