Türkiyə "Bayraktar"ı Ukraynaya pulsuz verəcək?

2-06-2022, 19:57           
Türkiyə "Bayraktar"ı Ukraynaya pulsuz verəcək?
Türkiyə Litvaya “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatını pulsuz verəcək.

Cebhe.info-nun məlumatına görə, Litvanın milli müdafiə naziri Arvidas Anuşauskas özünün "Twitter" hesabında belə yazıb.

O bildirib ki, Litva "Bayraktar"ın dəyəri məbləğində pul toplayaraq Ukraynaya verdiyinə görə, Türkiyə həmin döyüş vasitələrini ödənişsiz vermək qərarına gəlib.

"Bu inanılmaz və heyrətamizdir! Türkiyə yalnız Litvanın pul yığdığı "Bayraktar"ı pulsuz verməyə razılaşıb", - deyə nazir qed edib.

Anuşauskas əlavə edib ki, yığılan pulla Litva indi “Bayraktar TB2” üçün lazım olan sursat alacaq. Vəsaitin qalan hissəsi də Ukraynanı dəstəkləməyə sərf olunacaq.

"Təşəkkür edirəm Türkiyə!" - nazir belə yazıb.

Bu yaxınlarda Anuşauskas Ukrayna ordusunun ehtiyacları üçün Litvanın Türkiyə ilə “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatının alınmasına dair müqavilə imzaladığını bildirib.

Xatırladaq ki, may ayının sonunda Litvanın internet yayımçısı "Laisvės TV" Ukraynaya “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatını alınması üçün vəsait toplamağa başlayıb. Əvvəlcə kampaniyanın məqsədi üç həftə ərzində lazımi məbləği toplamaq idi. Lakin litvalılar bunun öhdəsindən daha tez gəlib. Ümumilikdə, 6 milyon avroya yaxın vəsait toplanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.