Türkiyədə benzin, qaz bahalaşdı

3-06-2022, 08:13           
Türkiyədə benzin, qaz bahalaşdı
Qardaş Türkiyədə son günlərdə məişətdə işlədilən təbii qazın qiyməti 30% artırıldı – indi bir kub metr qazın dəyəri 3 lirə 64 kuruş, yəni 38 qəpik oldu.
Teref.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O bildirib ki, elektrik enerjisi almaq üçün istifadə edilən qazın qiyməti də artıb, bu isə növbəti günlərdə elektrik qiymətlərini artıracaq:

“Sənayedə istifadə edilən qazın qiyməti də 40% artıb, deməli, sənaye məhsullarının qiyməti də kəskin artacaq.
Bu gün Türkiyədə benzin 26 lirə 23 kuruş, dizel isə 25 lirə 94 kuruş oldu – son bir ildə benzinin qiyməti 239%, dizelin qiyməti isə 258% artıb, ölkədə rəsmi inflyasiya 70%-ə yaxınlaşıb ki, bu da dünyada ən yüksək rəqəmlərdən biridir”.(Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru