“ABŞ, Rusiya və Fransanın üzərinə böyük vəizfə düşür” –Türkiyədən daha bir Qarabağ açıqlaması

27-04-2016, 00:54           
“ABŞ, Rusiya və Fransanın üzərinə böyük vəizfə düşür” –Türkiyədən daha bir Qarabağ açıqlaması
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin ədalətli həllində ATƏT-in Minsk qrupunun, Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın üzərinə böyük vəzifə düşür. Onlar təşəbbüs göstərsələr, problem qısa müddətdə həllini tapar".

Strateq.az xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumunda iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərtac-a müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan birtərəfli qaydada atəşkəs elan edərək problemin sülh yolu ilə həllini istədiyini bütün dünyaya bir daha göstərdi. Ermənistan isə öz növbəsində atəşkəsi pozmaqla, siyasi həlli istəmədiyini bir daha nümayiş etdirdi.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri deyib: “Bizim bu problemin həllində mövqeyimiz bəllidir. Biz münaqişənin diplomatik yolla həllini dəstəkləyirik və hər zaman qardaş Azərbaycanın yanında olacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru