Türkiyədə enerji tələbatını ödəmək üçün bir neçə AES-ə ehtiyac var

10-06-2022, 08:00           
Türkiyədə enerji tələbatını ödəmək üçün bir neçə AES-ə ehtiyac var
Türkiyədə enerji tələbatını ödəmək üçün bir neçə atom elektrik stansiyasına ehtiyac var.

"Report" Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Nüvə Sənayesi Assosiasiyasının rəhbəri Alikaan Çiftçi İstanbulda keçirilən Beynəlxalq Atom Elektrik Stansiyaları Sammitində bildirib.

"Hazırda dünyanın 19 ölkəsində, o cümlədən Türkiyədə 51 reaktorun tikintisi davam edir. Bizim hesablamalarımıza görə, 2050-ci ilə qədər nüvə enerjisi istehsalına qlobal investisiyalar ildə orta hesabla 100 milyard dollardan çox olacaq. Göründüyü kimi, Türkiyənin daha bir neçə reaktora ehtiyacı olacaq. Akkuyu AES kimi elektrik stansiyaları enerjiyə sürətlə artan tələbatı ödəmək və onun dayanıqlı inkişafını təmin etmək məqsədi daşıyır”, - Çiftçi deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru