Türkiyədə polis idarəsi qarşısında terror: 1 polis şəhid olub, 23 nəfər yaralanıb - YENİLƏNİB
1-05-2016, 15:23
Bu gün səhər saatlarında Türkiyənin Gaziantep şəhərində bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində ölən və yaralananlarla bağlı son statistika açıqlanıb.
APA-nın verdiyi məlumata görə, Gaziantep Valiliyi partlayış nəticəsində 1 polisin şəhid olduğunu açıqlayıb.
Yaralıların sayı isə 23 nəfərdir. Yaralıların 19-u polis əməkdaşı, 4-ü mülki şəxsdir.
Terror aktının 1-i canlı bomba olmaqla, 3 İŞİD terrorçusu tərəfindən həyata keçirildiyi iddia olunur.
*****
11:42
Bu gün Türkiyənin Gaziantep şəhərində bomba yüklü avtomobillə törədilən partlayış nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Gaziantep Valiliyi partlayış nəticəsinə 1 polisin şəhid olduğunu, 9-u polis, 13 nəfərin yaralandığını açıqlayıb.
Partlayışdan sonra atəş səsləri eşidilib. Polis partlayışdan sonra şüşələri sınmış ağ rəngli bir avtomobili axtarır.
***
10.59
Bu gün Türkiyədə bomba yüklü avtomobilə partlayış törədilib.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış Gaziantep Polis İdarəsinin binası qarşısında törədilib.
Polis idarəsindən 100 metr məsafədə törədilən şiddətli partlayış nəticəsində ətrafdakı binaların pəncərələrinin şüşələri sınıb.
Partlayış baş verən əraziyə çoxlu sayda təcildi tibbi yardım maşınları göndərilib. İlkin məlumatlara görə, 6 polis əməkdaşı yaralanıb.