İstanbulda sifarişi ünvana çatdırmağa tələsən kuryerlər ağır qəzaya düşdülər - VİDEO 11-08-2022, 11:03 İstanbulun Şişli rayonunda sifarişi ünvana çatdırmaq üçün tələsən kuryerlər bir-biri ilə toqquşublar.Hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.Toqquşma nəticəsində kuryerlərdən biri ağır xəsarət alıb.Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının həkimləri onu xəstəxanaya çatdırıblar.Mənbə: İHA Facebook-da paylaş