İranlılar kapitallarını Türkiyəyə daşıyır

28-03-2023, 12:03           
İranlılar kapitallarını Türkiyəyə daşıyır
Türkiyədə baş verən dəhşətli zəlzələyə baxmayaraq, cari ilin ilk iki ayı ərzində iranlıların Türkiyədə ev və daşınmaz əmlak alma halları artmaqda davam edib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası Türkiyə Dövlət Statistika Mərkəzinin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, iranlılar yanvar ayında 526, fevral ayında isə 446 ev almaqla Rusiyadan sonra Türkiyə Cümhuriyyətində bu sahədə ikinci yeri tutublar.

“İranda mənzil bazarının misli görünməmiş tənəzzülə uğradığı və maliyyə bazarlarının iqtisadi böhrandan təsirləndiyi bir vaxtda Türkiyəyə kapital axınının intensivləşdiyi müşahidə olunur”, - İran mediası yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru