Türkiyə dünyada yeganə olan pilotsuz katerindən raket buraxdı - FOTO/VİDEO

29-03-2023, 12:54           
Türkiyə dünyada yeganə olan pilotsuz katerindən raket buraxdı - FOTO/VİDEO
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün hazırlanan MARLIN SIDA (silahlı pilotsuz dəniz aparatı) daha bir yeniliyi ilə gündəm olub. Belə ki, SIDA-dan “Kuzgun-KY” raketinin buraxılışı həyata keçirilib.

Nazirlik sınağın uğurlu olduğunu bildirib və bununla bağlı görüntüləri yayıb.

Qeyd edək ki, MARLIN SIDA dünyada elektron döyüş qabiliyyətinə malik yeganə pilotsuz hərbi katerdir. Ondan kəşfiyyat, suüstü döyüş, sualtı döyüş, baza/liman/kritik obyekt və üzən platformaların mühafizəsi kimi vəzifələrdə istifadə edilməsi planlaşdırılır.



Mənbə: SavunmaSanayiST.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru