Hamının önündə Ərdoğana verdiyi cavab gündəm oldu - "Dağılır əfəndim" / VİDEO

30-03-2023, 12:30           
Hamının önündə Ərdoğana verdiyi cavab gündəm oldu -
Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının qrup toplantısı zamanı diqqətçəkən məqam baş verib.

Metbuat.az xəbər verir ki, Antalyanın Aksu rayonun “İYİ partiyasının Bələdiyyə Məclisinin üzvü Yunus Akpınar partiyasından istefa verərək Ədalət və İnkişaf partiyasının sıralarına keçib. Hakim partiyanın qrup toplantısı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Yunus Akpınara nişan taxarkən tərəflər arasında diqqətçəkən dialoq baş tutub.

Ərdoğan Yunusa “Bu “İyi” partiyaya nə olur?” deyə sual edib. Yunus Akpınar isə “Dağılır Əfəndim” deyə cavab verib. Həmin anlar sosial mediada gündəm olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru