Çanaqqalada lüks yaxta dalğaqırana çırpıldı - VİDEO

31-03-2023, 10:37           
Çanaqqalada lüks yaxta dalğaqırana çırpıldı - VİDEO
Türkiyənin Çanaqqala şəhərində özəl şirkətə məxsus 18 metr uzunluğundakı “Gemini” adlı lüks yaxta Çanaqqala boğazından keçərkən dalğaqırana (port akvatoriyası, dəniz, göl, su hövzələrinin sahilboyu hissəsini külək dalğalarından və axınlardan mühafizə edən hidrotexniki qurğu – red.) çırpılıb.

Lüks yaxtanın ön tərəfinin bir hissəsi dalğaqıranın üzərinə çıxıb. Yaxtanın kapitanı radio vasitəsilə hadisə barədə Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri İdarəsinə xəbər verib. Boğazdan keçəcək digər gəmilərin kapitanları da qəza barədə məlumatlandırılıblar.

Sahil Mühafizəsi və Çanaqqala Liman İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər.
Bildirilib ki, yaxta kranın köməyi ilə qaldırılacaq və alt hissəsi yoxlanılacaq. Lazımi araşdırma aparıldıqdan sonra səfər edib-etməyəcəyinə qərar veriləcək.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru