ABŞ səfirinin bu addımı Ərdoğanı qəzəbləndirdi

3-04-2023, 10:58           
ABŞ səfirinin bu addımı Ərdoğanı qəzəbləndirdi
ABŞ-a bu seçkilərdə dərs verməyimiz lazımdır. Bayden oradan danışır, buradakı səfiri nə edir? Bay Kamalı (Kamal Kılıçdaroğlu) ziyarət edir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağcılarda iftar mərasimində çıxışında deyib.

“Ayıbdır, bir az başını işlət! Sən səfirsən, sənin buradakı həmsöhbətin prezidentdir. Sən indi hansı üzlə gəlib prezidentdən görüş tələb edəcəksən?! Bizim qapılar onun üçün bağlandı! Bir daha görməz! Həddini biləcək! Səfir olaraq vəzifəsini biləcək! Bir səfir kimi işləməyi öyrənməlidir. Bura hər yoldan keçənin icazəsiz girib-çıxdığı qapı deyil. Girə bilməzsən! Onun üçün də 14 maya hazırlaşırıq!” - deyə Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru