"Türkiyə-Rusiya əlaqələri Cənubi Qafqazda özünü doğrultdu" - Türkiyənin NATO-dakı nümayəndəsi

3-04-2023, 11:48           
"Türkiyə-Rusiya əlaqələri Cənubi Qafqazda özünü doğrultdu" -
“Bu gün NATO daxilində Rusiya ilə müzakirələr apara bilən və Rusiya ilə müəyyən sahələrdə ortaq məxrəcdən çıxış edərək beynəlxalq ictimaiyyətin də maraqlarına uyğun addım ata bilən yeganə dövlət Türkiyədir. Buna nümunə olaraq Cənubi Qafqaz, Suriya və Liviyadakı durumu göstərə bilərik”.

“Report” xəbər verir ki, bunu “Anadolu”ya müsahibəsində Türkiyənin NATO-dakı nümayəndəsi Levent Gümrükçü deyib.

O bildirib ki, Ukraynadakı müharibədə də hər iki tərəflə təmaslarını qoruyan, tərəflər arasında etimad mühitinin yaranmasına çalışan yeganə dövlət Türkiyədir: “Taxıl sazişi”, əsirlərin dəyişdirilməsi kimi məsələlərdə oynadığımız rol bunun təzahürüdür. Bu mövqeyimiz Ukrayna ilə yanaşı, Avro-Atlantik məkan və NATO üçün də ciddi əhəmiyyətə malikdir”.

Diplomat, həmçinin söyləyib ki, NATO ilə Türkiyənin bir çox regionda, o cümlədən Balkanlarda, Mərkəzi Asiyada, Cənubi Qafqazda, Orta Şərqdə, Şimali Afrikada ortaq maraqları var: “Türkiyə bütün bu regionlarda xüsusi əlaqələri olan NATO üzvüdür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru