Partiya sədri saxta paylaşımın tələsinə düşdü, sərt cavab aldı: "Axmaqsan..." - FOTO

3-04-2023, 11:49           
Partiya sədri saxta paylaşımın tələsinə düşdü, sərt cavab aldı:
Zəfər Partiyasının lideri Ümit Özdağ sosial şəbəkədə DEVA Partiyası ilə əlaqələndiriləsn saxta paylaşımın fərqinə varmadan paylaşım etdib. Bu isə onu nəinki sosial media, ənənəvi medianın məsxərəsinə çevriib, eyni zamanda, qarşı tərəfin qəzəbinə gəlməsinə rəvac verib.

Mia.az xəbər verir ki, Özdağ həmin saxta paylaşıma (yazını altında həmin saxta paylaşımı da təqdim edirik - Mia.az) istinad edərək DEVA-ya ünvanlı yazıb: “Şüursuzluq belə təzahür edir”.

Gözlənildiyi kimi, Ali Babacanın DEVA Partiyasından ona sərt cavab gecikməyib.

DEVA-nın sədr müavini Mehmet Emin Ekmen Tviter hesabından saxta paylaşımının tələsinə düşən Ümit Özdağı aşağılayan kəskin mesaj verib: "Həqiqətən bu qədər axmaq ola bilməzsən! Ya da beləsiniz".

Sədr müavini daha sonra "feysbukda ilk paylaşım edən yaşlılar kimi görünürsünüz" deyərək, Özdağa mətbuat katibini də dəyişdirməyi təklif edib.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.