İncənin həmləsi müxalifəti silkələdi – “Bu, Ərdoğanın şansını artırır”

5-04-2023, 12:15           
İncənin həmləsi müxalifəti silkələdi –
Məmləkət partiyasının sədri Məhərrəm İncənin namizədliyi ilk turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qalib gəlməyi çətinləşdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu müxalifətin Millət İttifaqının bir rəsmisi “Röyter”ə açıqlamasında deyib.

Həmin şəxs həm də bu fikirdədir ki, İncə və Ata İttifaqının namizədi Sinan Oğana dəstək 5 faizə düşərsə, Millət İttifaqı seçkiləri birinci turda qazana bilər.

Agentliyə danışan yüksək səviyyəli AKP rəsmisi İncənin keçirilən sorğularda səs dəstəyinin 8-9 faiz civarında olduğunu deyib.

Əgər birinci turda heç bir namizəd 50 faizlik baryeri keçə bilməsə, seçkilər ikinci tura keçəcək. Seçki təqviminə əsasən, ikinci tur mayın 28-də baş tutacaq.

Bu durumun müxalifətin səslərinin bölünməsi narahatlığına səbəb olduğu bildirilən xəbərdə İncənin namizədliyinin Ərdoğanın qalib gəlmə ehtimalını artıra biləcəyi vurğulanıb.

Martda keçirilən son sorğular göstərir ki, İncənin orta səs nisbəti 5 faiz civarındadır. “Panoramatr”ın sorğusuna görə, ona dəstək nisbəti 10 faizdir.

“Röyter”ə danışan “Panoramatr” araşdırma şirkətinin direktoru Osman Sərt İncənin səs nisbətinin seçkilər yaxınlaşdıqca azala biləcəyini söyləyib: “Amma belə bir azalma baş versə belə, bu, seçkinin ikinci tura keçməsinə mane olmur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.