CHP-çi isim sərt danışdı: “Tezliklə qiyamət qopacaq, Kılıçdaroğlu...”

5-04-2023, 11:46           
CHP-çi isim sərt danışdı:
Türkiyə müxalifətinin “Altılıq Masası” blokundakı digər partiyaların deputatlığa namizədlərinə yer açmaq üçün öz daxilində səsvermə (təmayül yoxlaması) keçirmədiyi iddia edilən CHP-də fırtına öncəsi sakitlik hökm sürür.

Teleqraf.com xəbər verir ki, CHP-çilərin sıradan çıxarılması mənasına gələn bu durum partiya daxilində hiddəti daha da artırıb.

Siyasi partiyalar deputatlığa namizəd siyahılarını aprelin 9-dək Ali Seçki Komitəsinə təqdim etməlidir. CHP-nin bu məqsədlə öz namizədlərini müəyyən etmək üçün səsvermə keçirmədiyi üzə çıxıb.

CHP-dən keçmiş deputat və dövlət naziri Məhmət Sevigən baş verənlərə görə partiya sədri Kamal Kılıçdaroğlunu ittiham edib.

Partiyalarda səsvermənin keçirilməməsini sərt tənqid edən Sevigən deyib:

“Digər partiyalara yol açmaq üçün CHP-nin öz övladları kənarda saxlanılır. Partiyadakı bütün kamalistlərin üstündən xətt çəkdilər. Təəssüf ki, hörmətli Kamal bəyin zehniyyəti belədir. Partiyaların narahat olduğunu bilirəm. Əsl qiyamət ayın 9-da qopacaq. Namizəd siyahıları müəyyənləşdikdən sonra CHP daxilində kütləvi istefalar olacaq”.

Keçmiş nazir Kılıçdaroğlunun seçkidə uduzacağını iddia edib:

“Bu ölkənin qurucu partiyasını nə günə saldılar?

“Yerli muxtariyyət” danışıqları və “PYD terror təşkilatı deyil” açıqlamaları zatən məşhurdur. HDP ilə yaxınlaşma göz qabağındadır. Bu gün CHP Türkiyənin bütün dəyərlərini məhv etməyi özünə missiya kimi qəbul edən bir quruma çevrilib.

“Mavi Vətən”lə bağlı nə edəcəklərini belə demirlər. İYİ Partiyadan Kamal bəyə səs gəlməyəcək”.

Sevigən İYİ Partiyanın İstanbul təşkilatına hücumdan sonra bu qurumun sədri Maral Akşənərin Prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alan sözlərinə sərt reaksiya verib:

“Daxili işlər naziri vəzifəsində çalışmış siyasətçidir. Bir millət bu qədər təhrik edilərmi? Ərdoğana qarşı bu qədər düşmənçilik olarmı? Həqiqət dərhal üzə çıxdı. Hökuməti yox, dövləti tənqid edirlər. Belə bir şey yoxdur.

Maral xanım onsuz da gərgin olan cəmiyyətdə nifrət qığılcımlarını alovlandırmaq üzrəydi, xoşbəxtlikdən buna nail ola bilmədi. Onların hakimiyyətə gəlməsi mümkün deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.