Kılıçdaroğlunun namaz xalçasının üzərində niyə dayandığı məlum oldu - FOTO

5-04-2023, 13:45           
Kılıçdaroğlunun namaz xalçasının üzərində niyə dayandığı məlum oldu - FOTO
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyə müxalifətinin prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlunun foto çəkdirərkən namaz xalçasının üzərində durması müzakirələrə səbəb olmuşdu. Bir çoxları siyasətçini bu addımına görə sərt tənqid edib.

Teref.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kılıçdaroğlunun üzərində dayandığı namaz xalçasının niyə məhz orada olması məlum olub.

Məlumata görə, Ataşehirdə yerləşən restoranların birində iftardan sonra Ədalət və İnkişaf Partiyasından keçmiş millət vəkili Azmi Ateş və Dövlət Şurasının təqaüddə olan keçmiş üzvü Taha Erdinç Bülbül orada axşam namazını qılmaq istəyib. Bunun ardınca, restoranın sahibi onlara öz ofisində namaz qıla biləcəklərini deyərək iki səccadə verib.

Qeyd olunur ki, Ateş və Bülbül başqaları da namaz qılmaq istəyər deyə namazdan sonra səccadələri yerdən götürməyiblər. Daha sonra bir qrup şəxs Kılıçdaroğlu ilə şəkil çəkdirmək istədikdə o, məhz həmin xalçaların üzərində dayanıb.

Xatırladaq ki, Kılıçdaroğlu tənqidlərdən sonra özünün sosial media hesabında namaz xalçasını görmədiyini bildirib və buna görə izləyicilərdən üzr istəyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru