Türkiyə hava məkanını bağladı

6-04-2023, 10:44           
Türkiyə hava məkanını bağladı
“Türkiyə hava məkanı İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanından eniş və ya uçuş üçün istifadə ediləcək təyyarələrin istifadəsinə bağlanıb”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç açıqlama verib.

“Türkiyənin hava məkanı aprelin 3-dən etibarən İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanından eniş/uçuş üçün istifadə edəcək təyyarələrin istifadəsinə bağlanıb. Bu qərar PKK terror təşkilatının Süleymaniyyədəki fəaliyyətinin güclənməsi, terror təşkilatının hava limanına nüfuz etməsi və bununla da uçuş təhlükəsizliyi ilə bağlı təhdidlərin yaranması çərçivəsində verilib. Qərarın ilkin mərhələdə 3 iyul 2023-cü ilə qədər qüvvədə olması gözlənilir. Qeyd olunan tarixə qədər hadisələr yaxından izləniləcək və bundan sonra qərar yenidən nəzərdən keçiriləcək”, – deyə Tanju Bilgiç bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru