İstanbulda 5 mərtəbəli bina uçdu - VİDEO

7-04-2023, 00:08           
İstanbulda 5 mərtəbəli bina uçdu - VİDEO
İstanbulun mərkəzində istifadə olunmayan 5 mərtəbəli bina uçub.

“DHA” agentliyi xəbər verir ki, Karaköydə yerləşən bina səhər saatlarında qismən uçmağa başlayıb və yerli vaxtla 15:00-da tamamilə uçub.

Binanın uçma təhlükəsi olduğundan tikilinin yerləşdiyi küçə səhər saatlarından qismən bağlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, binanın bərpasına başlanılmasına dair qərar hələ 2015-ci ildə verilsə də, tikilinin sahibi işlərə başlamayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru