Lavrov Çavuşoğlu ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

7-04-2023, 00:11           
Lavrov Çavuşoğlu ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə cümə axşamı Ankaraya gəlib.

Görüş zamanı enerji məsələləri, Ukrayna ətrafındakı vəziyyət, “Taxıl sazişi”nin həyata keçirilməsi, eləcə də Qarabağda vəziyyətin normallaşdırılması, Dəməşq və Ankara arasında dialoq kimi mövzular ətrafında müzakirələrin aparılacağı gözlənilir.

Rusiya Xarici İşlər Nazirliyinin bir gün əvvəl bəyan etdiyi kimi, Lavrov və Çavuşoğlu növbəti turizm mövsümü ərəfəsində Türkiyədə rusiyalıların hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini də diqqətdən kənarda qoymayacaqlar.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru