Türkiyədə bələdiyyə sədri infarkt keçirən şəxsə ilkin tibbi yardım göstərdi: Həyatını xilas etdi - FOTO/VİDEO

7-04-2023, 10:48           
Türkiyədə bələdiyyə sədri infarkt keçirən şəxsə ilkin tibbi yardım göstərdi:
Türkiyənin Manisa vilayətində Nazmi Başaran adlı şəxs namaz qıldığı zaman vəziyyəti pisləşib və yerə yıxılıb.

Bu zaman orada olan bələdiyyə sədri Mehmet Çerçi ona ilkin tibbi yardımı göstərib.

Eyni zamanda həkim olan bələdiyyə sədri Mehmet Çerçi və həmçinin qadınlar olan hissədən köməyə gələn tibb bacısı infarkt keçirən şəxsi ölümdən xilas ediblər.

Cerçi ona ürək masajı edib, tibb bacısı isə süni nəfəs verib. Daha sonra Nazmi Başaran sağlamlıq qruplarına təhvil verilib və o, xəstəxanaya aparılıb. Onun infarkt keçirdiyi məlum olub. Başaranın reanimasiya şöbəsində müalicəsi davam edir.


DHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru