İsveç Türkiyənin tələbini yerinə YETİRMƏDİ

8-04-2023, 00:05           
İsveç Türkiyənin tələbini yerinə YETİRMƏDİ
İsveç terrorçuluqda ittiham olunan şəxsi Türkiyəyə təhvil verməkdən imtina edib.

Bu barədə İsveçin TT informasiya agentliyi məlumat yayıb.

Rəsmi Stokholm təhvil verməkdən imtina etdiyi şübhəlinin İsveç vətəndaşı olduğunu və bu səbəbdən onun ekstradisiya edilə bilməyəcəyini açıqlayıb.

Türkiyənin terror təşkilatının üzvü hesab etdiyi 50 yaşlı kişinin ekstradisiya tələbi 2022-ci ildə irəli sürülüb.

Qeyd edək ki, rəsmi Ankara terrorçularla bağlı tələbləri yerinə yetirmədiyi üçün İsveçin NATO-ya üzv olmasına razılıq verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru