Nazarbayev təşviş içində:Prezident Administrasiyasına yeni rəhbər təyin etdi, paytaxt merini dəyişdi

22-06-2016, 01:10           

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Prezident Administrasiyasına yeni rəhbər təyin edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, 61 yaşlı Adilbek Caksıbekovdur.

Caksıbekov bundan əvvəl də (2004-2008) bu vəzifəni tutmuş, sonradan Astana administrasiyasına rəhbərlik etmişdi.

Prezident Administrasiyasının keçmiş rəhbəri Nurlan Niqmatulin isə Qazaxıstan parlamentinin aşağı palatasına deputat təyin edilib. Onun parlamentdə spiker vəzifəsini tutacağı bildirilir. Belə ki, parlamentin spikeri Baktıkoca İzmuxambetov bu postu tərk edib.

Daha bir təyinat Sərmayə və İnkişaf Nazirliyində olub. Nazir Aset İsekeşev Astanaya mer təyin edilib. Onun müavini Jenis Kasımbek isə nazir postuna gətirilib.

Yüksək dairlərdəki bu kadr dəyişikliyinin ölkədə ciddi etirazlara səbəb olan iqtisadi böhran, həmçinin Aktobedə baş verən son teraktla bağlı olduğu bildirilir.

Qeyd edək ki, Aktobe olayları Nazarbayevi devirmək cəhdi kimi qiymətləndirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru