Sensasion iddia: Abdullah Gül Ərdoğanı devirmək üçün ABŞ, İsrail və İngiltərə ilə gizli danışıqlar aparır - Eks prezidentə yaxın mənbələr iddia haqqında nə dedi?

22-06-2016, 01:22           
Sensasion iddia: Abdullah Gül Ərdoğanı devirmək üçün ABŞ, İsrail və İngiltərə ilə gizli danışıqlar aparır - Eks prezidentə yaxın mənbələr iddia haqqında nə dedi?
ürkiyənin keçmiş əmək və sosial müdafiə naziri Yaşar Okuyan 11-ci prezidenti Abdullah Gülün hökuməti devirmək istədiyini iddia edib.

Avropa.info xəbər verir ki, keçmiş nazir Abdullah Gülün bu məqsədlə ABŞ , İsrail və İngiltərə ilə gizli görüşlər keçirdiyini bildirib.

KRT telekanalının aparıcısı Çağlar Gilara isə bu iddiaları təkzib edib.

"Keçmiş prezident Gülə yaxın mənbələrlə danışıqlar apardım. Prezident olmuş bir dövlət adamının əlbəttə, bu cür iddialarla ilə bağlı şəxsən özünün açıqlama verməsini gözləmək əbəsdir. Eyni zamanda çox sayda iddialara hər gün cavab verməyə başlasa , buna müşavirlərinin belə vaxtı çatmaz. Keçirdiyim görüşlərdə Gülə yaxın mənbələr iddianın yalan olduğunu mənə dedilər. Gülə yaxın mənbələr bu iddiaların müəyyən yerlərə xidmət edən insanlarların dövriyyəyə buraxdığını bildirdilər. Gül dövlətin və millətin əleyhinə olan heç bir danışıqların içəndə yoxdur."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.