Güneydə qətliam kimi qəza - "həkimlərin qətliamı"-adlandırırlar...

28-08-2023, 00:04           
Güneydə qətliam kimi qəza -
Təbrizin ən məşhur və sayğın 20 həkimi avtoqəzaya düşüb. Vərziqandan Kəleybərə gəzməyə gedən həkimləri daşıyan mikroavtobus yoldan çıxaraq, dərəyə yuvarlanıb. Hadisə nəticəsində 10 həkim yerindəcə ölüb. 8 həkimin yaşamaq şansı 1-2 faiz hesab olunur. İki həkimin nəşini tapmaq isə hələ də mümkün olmayıb.
Hadisədə ölənlərdən 3-ü məşhur həkim-cərrah Hüseyni, həyat yoldaşı və qızıdır. Doktor Hüseynin qızı da tanınmış üz-çənə cərrahıymış.
Bu gün Təbrizdə dəfndə izdiham yaşanıb. Şəhər sakinləri hadisəni "həkimlərin qətliamı" adlandırır.
Fikrət Fəraməzoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru