Ərdoğan xəstəxanada müalicə alan Sabancını ziyarət edib - FOTOLAR

4-09-2023, 10:24           
Ərdoğan xəstəxanada müalicə alan Sabancını  ziyarət edib - FOTOLAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanda qayıq qəzası keçirən Əli Sabancı və həyat yoldaşı Vüslat Doğan Sabancını müalicə olunduqları xəstəxanada ziyarət edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Yunanıstanın Leros adasında qayıq qəzası keçirən Əli Sabancı və Vüslat Doğan Sabancının müalicəsi davam edir.

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Sabancı cütlüyünü ziyarət edib.
Səfər çərçivəsində xəstəxanaya gələn prezident Ərdoğanı “Fənərbaxça” klubunun prezidenti Əli Koç, Türk-Amerika İş Şurasının (TAİK) sədri Mehmet Ali Yalçındağ və cütlüyün yaxınları qarşılayıb.

Cütlüyə "tez sağal" diləyən Ərdoğan vəziyyətlə bağlı həkimlərdən məlumat alıb.

Ərdoğan xəstəxanadan çıxdıqdan sonra ziyarətdən foto kadrlar sosial şəbəkədə paylaşılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru